Cavid Hüseynov Azərbaycan yığmasının heyətində çıxış edən 150-ci futbolçu olub
05.06.2008 - 11:29
Cavid Hüseynov Azərbaycan yığmasının heyətində çıxış edən 150-ci futbolçu olub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubunun hücumçusu Cavid Hüseynov Azərbaycan yığmasının tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, 20 yaşlı futbolçu Andorra ilə keçirilən yoldaşlıq görüşündə meydana çıxmaqla, indiyədək yığmada çıxış edən oyunçuların sayını 150-yə çatdırıb. C.Hüseynov komandanın baş məşqçisi Berti Foqtsun millidə debüt etmək şansı verdiyi üçüncü oyunçu olub. Bosniya və Herseqovina ilə mayın 31-də keçirilən görüşdə almaniyalı çalışdırıcı Fabio Luis Ramimlə Ruslan Əmircanova belə şans yaratmışdı. Qeyd edək ki, Azərbaycan milli komandasının tarixinə 50-ci futbolçu İlham Məmmədov, 100-cü isə Zeynal Zeynalov olub.
0