Almaniya mətbuatı: Azərbaycan futbolçuları idealdan uzaq olan öt örtüyündə daha tez uğur qazanırlar
05.06.2008 - 13:32
Almaniya mətbuatı: Azərbaycan futbolçuları idealdan uzaq olan öt örtüyündə daha tez uğur qazanırlar
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Fabio Luis Ramim yaxşı insandır. Amma braziliyalı hücumçu bundan da yaxşı oynaya bilər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniya mətbuatına açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. 62 yaşlı mütəxəssisin Andorra ilə qarşılaşmada (2:1) yeni vəzifəsində qazandığı ilk qələbə həmyerlilərinin də diqqətindən yayınmayıb. F.L.Ramimin artıq iyunun 1-də Bosniya və Herseqovinaya qarşı debüt matçında bacarığını nümayiş etdirdiyini yazan jurnalistlər baş məşqçinin ondan razı qaldığını bildirib. Bununla yanaşı, Almaniya mətbuatı Andorranın FİFA-nın reytinq cədvəlində 184-cü pillədə qərarlaşmasını da xüsusi vurğulayıb. Andorra - Azərbaycan matçını “Məşqin davamı” adlandıran almaniyalılar B.Foqtsun komandasının ikinci hissədə meydan sahiblərinin təzyiqi ilə üzləşdiyini yazıblar. Qeyd olunub ki, milli komandamız idealdan uzaq olan ot örtüyündə daha tez uğur qazanır. Eyni zamanda, Berti Foqtsun Bosniya və Herseqovina ilə görüşlə müqayisədə start heyətdə 5 dəyişiklik etməsinə, xüsusilə, Premyer Liqanın ən sərrast oyunçusu Xaqani Məmmədova ilk “11-lik”də yer verməməsi vurğulanıb.
0