Junivan Suares “Qəbələ” klubu ilə bir illik müqavilə bağlayıb
06.06.2008 - 11:25
Junivan Suares “Qəbələ” klubu ilə bir illik müqavilə bağlayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Braziliyalı hücumçu Junivan Suaresin yeni mövsümdə “Qəbələ” klubuna keçidi rəsmiləşib. “APA-Sport” agentliyinin məlumatına görə, “Olimpik”in bir müddət əvvəl yollarını ayıran 30 yaşlı cənubi amerikalı bu gün yeni klubu ilə bir illik müqavilə bağlayıb. 2008/09 mövsümündə çıxış edəcəyi “Qəbələ” klubu braziliyalının ölkəmizdə üçüncü komandasıdır. 2005/06 mövsümünün ilk yarısında “Turan”ın heyətində 12 oyuna 8 qol vuran braziliyalı ötən ay bitən birincilikdə “Olimpik”də keçirdiyi 21 qarşılaşmada 11 qola sevinib.
Mövsümlərarası fasilənin ən fəallarından olan qəbələlilər artıq 3 oyunçunun transferini həll edib. Ramiz Məmmədovun komandası J.Suaresədək ötən mövsüm “Qarabağ”da oynayan Qoqa Beraya və Kənan Kərimovla da bir illik müqavilə bağlayıb.
0