Tunisli yarımmüdafiəçi Bəşir Müqədi Bakının “Olimpik” klubuna keçib
06.06.2008 - 13:08
Tunisli yarımmüdafiəçi Bəşir Müqədi Bakının “Olimpik” klubuna keçib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Olimpik” klubu tunisli yarımmüdafiəçi Bəşir Müqədini transfer edib. “APA-Sport” agentliyinin məlumatına görə, ötən mövsüm Yevlaxın “Karvan” klubunda çıxış edən 30 yaşlı oyun qurucusu paytaxt klubuna keçib. Az öncə transferə çıxarılan tunisli “Karvan”ın heyətində son mövsüm 11 matçda 1 qol vurub. B.Müqədi Azərbaycan Premyer Liqasının vitse-çempionunun mövsümlərarası fasilədə gerçəkləşdirdiyi üçüncü oyunçu transferidir. Tunisliyədək “Karvan”ın digər oyunçusu Roman Axalkatsi və “Turan”ın hücumçusu Vüsal Qarayevi də heyətinə cəlb edən bakılılar ukraynalı Vladimir Mazyarla da danışıqları tamamlamaq üzrədir.
0