Azərbaycanın qadınlardan ibarət voleybol yığması növbəti qələbəsini qazanıb
07.06.2008 - 09:24
Azərbaycanın qadınlardan ibarət voleybol yığması növbəti qələbəsini qazanıb
“APA-Sport” agentliyinin məlumatına görə, Faiq Qarayevin başçılıq etdiyi Azərbaycan milli komandası ilk matçında Rumıniyaya qalib gəlib. Komandamız 5 setdən ibarət oyunda çətin qələbə qazana bilib – 3:2 (25:27, 25:22, 18:25, 25:22, 15:6). Bu qələbədən sonra yığmamız Makedoniyanı 3:0 hesabı ilə üstələyən İspaniya millisi ilə birlikdə 7 xalla qrupa liderlik edir. Rumıniyanın 6, Makedoniyanın isə 4 xalı var. Bu gün meydan sahibləri ilə görüşəcək komandamız sabah qrup autsayderi ilə münasibətlərini ayırd edəcək. Qeyd edək ki, yarışın əsasnaməsinə görə qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komanda isə “pley-off”da mübarizə aparacaq.


0