Ramiz Məmmədov: “Yeni futbolçulara əsas heyətdə yerlərinin təmin olunduğunu vəd etməmişik”
09.06.2008 - 11:28
Ramiz Məmmədov: “Yeni futbolçulara əsas heyətdə yerlərinin təmin olunduğunu vəd etməmişik”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib. Onun sözlərinə görə, bu futbolçuların klubları ilə ayrılmaq istəyində olması transferi sürətləndirib: “Kənan və Fərruxla vaxtilə bir yerdə oynamışıq. Qoqa ilə Junivan isə ölkəmizdə xeyli vaxtdır çıxış edirlər. Suares qolçuluq bacarığı ilə seçilir. Bu səbəbdən onu sıralarımıza qatdıq. Yeni futbolçularımız haqda nə qədər yüksək fikirdə olsaq da, heyətdə yerlərinin təmin olunduğunu demək olmaz”. Rusiyalı Vitali Balamestnı ilə moldovalı Vladimir Tsaranunun “Qəbələ”dəki gələcək taleyinin dəqiqləşmədiyini deyən R.Məmmədov transfer siyasətində başqa mövqelərə də diqqət yetirəcəklərini söyləyib: “Əsas məqsəd problemli olan bütün mövqelərdə çatışmazlığı aradan qaldırmaq, komandamızı gücləndirmək, geniş heyətə malik olub, rəqabəti artırmaqdır. Seleksiya işinə xüsusi diqqət yetirəcəyik. Məni futbolçunun yaşı maraqlandırmır. Əsas onun hazırda hansı formada olmasıdır. Rəhbərliyimiz “Qəbələ”nin gələn mövsümdə yüksək yerlər uğrunda mübarizə aparmaq gücündə olması üçün əlindən gələni əsirgəmir. Mükafatçılar sırasına düşməyə çalışacağıq”.
Qeyd edək ki, üç ildir yaranan “Qəbələ” tarixində ən yaxşı göstəriciyə ötən mövsüm (6-cı yer) nail olub.
0