Azərbaycan milli komandasının futbolçusu cəzalanıb
09.06.2008 - 11:56
Azərbaycan milli komandasının futbolçusu cəzalanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının futbolçusu Ruslan Zeynalov cəzalanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Ukrayna çempionatında növbəti oyununu keçirən 26 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi “Krımteplitsa” klubu öz meydanında “İqroservis”i 2:1 hesabı ilə məğlub edib. 60-cı dəqiqədə meydana daxil olan yarımmüdafiəçi 76-cı dəqiqədə xəbərdarlıq alıb. Bu vərəqə R.Zeynalovun cəzalı duruna düşməsinə səbəb olub. Yarımmüdafiəçi 36 turdan sonra 47 xalla 12-ci olan “Krımteplitsa”nın növbəti matçında meydana çıxmayacaq. O, yalnız iyunun 21-də keçiriləcək son turda MOİK-l görüşdə çıxış edə bilər. Qeyd edək ki, R.Zeynalov Azərbaycan yığmasının düşərgəsinə gələnədək klubunun bütün oyunlarında start heyətində yer almışdı.
0