Nazim Süleymanov: “Çexiyada oynayan iki futbolçu Azərbaycan milli komandasına namizəddir”
09.06.2008 - 12:00
Nazim Süleymanov: “Çexiyada oynayan iki futbolçu Azərbaycan milli komandasına namizəddir”
Onun sözlərinə görə, soydaşlarımızın tezliklə milli komandaya cəlb olunmaları nəzərdə tutulub: “Məmmədli qardaşları “Dukla” futbol məktəbində təhsil alırlar. Onlardan birinin 11, digərinin 12 yaşı var. Biz bu iki qardaşla indidən maraqlanırıq. Məqsədimiz onları 13 və ya 15 yaşlılardan ibarət yığmaya cəlb etməkdir. Əgər bu işlə ciddi maraqlanmasaq, soydaşlarımız başqa ölkənin milli komandasının formasını geyinəcəklər və onların xidmətindən yararlana bilməyəcəyik”. Bundan başqa, Rusiyanın müxtəlif klublarının əvəzedici heyətlərində çıxış edən həmvətənlərimiz də diqqət mərkəzindədirlər. N.Süleymanov qonşu ölkədə oynayan futbolçuların əsas milli komandaya, eləcə də U-21, U-19 və U-17-yə namizəd olduq larını söyləyib. Namizədlər siyahısında ümumilikdə 18 futbolçunun yer aldığını deyən seleksiyaçı-məşqçi onların oyununu izləmək üçün münasib vaxtın təyin edilməsi məqsədilə AFFA rəhbərliyi ilə görüşəcəyini vurğulayıb.
0