Valentin Xodukin: “UEFA bizə əlavə çətinlik yaratdı”
09.06.2008 - 13:22
Valentin Xodukin: “UEFA bizə əlavə çətinlik yaratdı”
Ukraynalı çalışdırıcının sözlərinə görə, komandasının hazırlıq keçməsi üçün məkan axtarırlar: “Avstriyaya vizaların açılması vaxt apardığından bu ölkəyə təlim-məşq toplanışına yollanmaqdan imtina etdik. Azərbaycanda qalıb, hazırlıq keçməyi planlaşdırdığımız Zaqatalada da çətinlik var. Bu da qidalanma, məşq prosesində şəraitlə bağlı ortaya çıxan problemlərlə bağlıdır. Harada hazırlıq keçəcəyimiz hələ də dəqiqləşməyib”. İyunun 11-də vətəninə yollanacaq V.Xodukin bir həftədən sonra Bakıya qayıdacaq. Ertəsi gün hazırlığa başlayacaq Azərbaycan çempionunun Türkiyəyə gedəcəyi gözlənilir: “Hazırlıq keçmək üçün viza tələb olunmayan ölkə axtarırıq. Bolqarıstanda təlim-məşq toplanışında olmaq təkcə yol yox, elə viza baxımından da çətinlik yaradır. İndi əsas diqqətimizi Türkiyəyə yönəltmişik. Orada hazırlıq keçmək üçün sərin məkan axtarırıq. Həm də bizə səviyyəli rəqiblərlə yoxlama oyunu keçirmək vacib olduğu üçün ölkədən kənarda toplanış keçməyimiz daha məqsədəuyğundur”.
0