İyunun 20-də Azərbaycanın regional futbol yığmaları arasında ilk çempionat start götürəcək
09.06.2008 - 16:18
İyunun 20-də Azərbaycanın regional futbol yığmaları arasında ilk çempionat start götürəcək
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanda ilk dəfə 15 yaşadək futbolçulardan ibarət regional yığmaların çempionatı keçiriləcək. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, yarışda AFFA-nın üzvü olan 8 regional federasiyanın hərəsi bir komanda ilə çıxış edəcək. Belə ki, ölkə çempionatında Bakı Futbol Federasiyası, həmçinin Şimal, Qərb, Mərkəz, Naxçıvan, Qarabağ, Cənub və Şimal-Qərb Regional Futbol Federasiyalarının yığmaları mübarizə aparacaqlar. İyunun 20-də start götürəcək turnir aşağı yaş qruplarından ibarət milli komandalarımıza seçim xarakteri daşıyacaq. Milli çempionat 10 gün davam edəcək və bütün oyunlar Bakıda keçiriləcək.
0