Berti Foqts Azərbaycana iyulun sonlarında qayıdacaq
10.06.2008 - 12:03
Berti Foqts Azərbaycana iyulun sonlarında qayıdacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts Bakıya iyulun sonlarında qayıdacaq. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, yığmamızı iyunun 1-də Bosniya və Herseqovina, bundan 3 gün sonra isə Andorraya qarşı səfər matçlarına çıxarmış B.Foqts hazırda XIII Avropa çempionatının oyunlarını izləyir: “Foqts dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərimiz Almaniya və Rusiyanın görüşlərini izləmək məqsədilə Avropa birinciliyinə yollanıb. Çempionat başa çatdıqdan sonra vətəninə gedəcək. Onun ölkəmizə qayıdışı isə iyulun ikinci yarısına təsadüf edəcək”. E.Məmmədov onu da əlavə edib ki, 62 yaşlı məşqçinin bir aydan artıq Azərbaycanda olmaması tərəflər arasında narazılıq yaratmayacaq.
Qeyd edək ki, AFFA rəhbərliyi ilə B.Foqts arasında bu il aprelin 3-də bağlanmış müqaviləyə baş məşqçinin hər ay minimum iki həftə ölkəmizdə olması ilə bağlı bənd salınıb. Dünya və Avropa çempionu mayda bu öhdəliyi yerinə yetirsə də, iyun və iyulda razılaşmanın şərtlərini pozacaq.
0