Ramazan Abbasov: “Bakı”ya yenidən çempion olmaq üçün qayıtmışam”
11.06.2008 - 14:43
Ramazan Abbasov: “Bakı”ya yenidən çempion olmaq üçün qayıtmışam”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubundan ayrılan Ramazan Abbasovun “Bakı”ya qayıdışı rəsmiləşib. Bu haqda “APA-Sport” agentliyinə R.Abbasovun özü məlumat verib. Onun sözlərinə görə, yenidən “Bakı”da çıxış edəcəyi bu gün dəqiqləşib: “Klub rəhbərliyi ilə danışıqlarımız artıq müsbət yekunlaşıb. Rəsmi müqavilə imzalanması ilə bağlı razılığa gəlmişik. Bu bir, yaxud iki illik ola bilər. Bunun mənim üçün ciddi fərqi yoxdur. Əsas odur ki, karyeramı hansı klubda davam etdirəcəyim aydınlaşdı”. R.Abbasov yenidən “Bakı” klubuna qayıtmasını maddi amillərlə bağlamır: “Futbolçu üçün əsas oynamaq, uğurlu çıxış etməkdir. “Bakı” yaxşı tanıdığım, mənə doğma olan klubdur. Rəhbərlik məni yaxşı qəbul etdi. İlk dəfə bir yerdə işləyəcəyimiz “Bakı”nın baş məşqçisi Qyoko Hacievski ilə görüşüm olub. O, mən gedəndən sonra komandanın sükanı arxasına keçdi. Hacievski milli komandamızı çalışdırdığı dövrdə isə zədəli olduğum üçün kənarda qalmışdım. Makedoniyalı mütəxəssis ötən mövsümün ilk dövrəsində “Neftçi”ni 5:1 hesabı ilə məğlub etdiyi oyunda meydana çıxmamışam. “Bakı”ya yenidən çempion olmaq üçün qayıtmışam. Buna nail olacağımıza inanıram”.
0