2007/08 mövsümündə Azərbaycan Premyer Liqasında 27 ölkədən 132 futbolçu oynayıb
11.06.2008 - 16:38
2007/08 mövsümündə Azərbaycan Premyer Liqasında 27 ölkədən 132 futbolçu oynayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Son mövsümdə Azərbaycan Premyer Liqasında 132 legioner oynayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 2007/08 mövsümü ərzində iki klubda çıxış edən əcnəbi futbolçulardan başqa, daha 128 gəlmə ölkə çempionatında meydana çıxıb. Milliləşən rusiyalı Tagim Novruzov və gürcüstanlı İrakli Beraya “Qarabağ”la “Turan”in heyətində oynayıb. Cənubi amerikalılar İsrail Rodrigeslə Markus Ferreyra da iki komandanın şərəfini qoruyub. Paraqvaylı “Bakı” və “Standard”, milliləşən braziliyalı isə “Karvan”la “Neftçi”nin formasını geyib.
Ümumilikdə, Azərbaycan çempionatında 27 ölkədən gəlmiş futbolçular çıxış edib. Say etibarilə braziliyalılar hamıdan öndədir: Braziliya – 19, Gürcüstan – 18, Ukrayna – 14, Serbiya – 13, Rusiya – 10, Bolqarıstan, Nigeriya – 8, Qvineya, Moldova – 5, Uruqvay – 4, Makedoniya, Litva, Türkmənistan, Türkiyə - 3, Xorvatiya, Seneqal, Kot d’ivuar – 2, Belarus, Konqo, Argentina, Fransa, Liberiya, Estoniya, Çexiya, Paraqvay, Rumıniya, Tunis – 1.
Paytaxt klubları “Bakı” və “İnter” hamıdan çox legionerə güvənibsə, ABN mövsümü yalnız yerli oyunçularla bitirən yeganə komanda olub: “Bakı” – 15, “İnter” – 14, “Simurq” – 13, “Olimpik”, “Standard” – 12, “Karvan”, “Qəbələ” – 11, “Neftçi” – 10, “Xəzər-Lənkəran” – 9, “Qarabağ”, “Masallı” – 8, “Gənclərbirliyi” – 7, “Turan” – 6.
0