“Çelsi” klubunun baş məşqçisi Luis Felipe Skolari olacaq
12.06.2008 - 10:00
“Çelsi” klubunun baş məşqçisi Luis Felipe Skolari olacaq
Bakı. Elşən Məmmədov - APA-Sport. İngiltərənin “Çelsi” klubu özünə yeni baş məşqçi tapıb. “APA-Sport” agentliyinin məlumatına görə, Portuqaliya milli komandasının çalışdırıcısı Luis Felipe Skolari London təmsilçisi ilə üç illik müqavilə bağlayıb. Braziliyalı mütəxəssis yeni vəzifəsinin icrasına iyulun 1-dən başlayacaq. 59 yaşlı çalışdırıcı hər mövsümünə 6,25 milyon funt maaş alacaq. O, 2007-2008 mövsümü başa çatdıqdan sonra – mayın 24-də istefaya göndərilən Avraam Qrantı əvəzləyib. “Çelsi”nin sahibi Roman Abramoviç təcrübəli mütəxəssisə transferlər üçün 80 milyon funt (100 milyon avro) həcmində büdcə ayırıb.
Qeyd edək ki, L.F.Skolarinin rəhbərliyi altında Braziliya yığması 2002-ci ildə dünya çempionu olub. Bundan sonra o, Portuqaliya millisinə baş məşqçi təyin edilib. Braziliyalı mütəxəssisin rəhbərliyi altında portuqaliyalılar 2004-cü il Avropa çempionatında ikinci, 2006-cı il dünya çempionatında dördüncü yeri tutublar. Hazırda davam edən qitə birinciliyində isə portuqaliyalılar ¼ finala vəsiqəni təmin edən ilk komandadır.
0