AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri İntertoto kubokuna təyinat alıb
12.06.2008 - 12:05
AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri İntertoto kubokuna təyinat alıb
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri Murad Məmmədov Belarusa gedəcək. “APA-Sport” agentliyinin məlumatına görə, beynəlxalq dərəcəli hakim-inspektor İntertoto kubokuna təyinat alıb. M.Məmmədov iyunun 29-da Soliqorsk şəhərində yerli “Şaxtyor”la Polşanın “Krakoviya” klubları arasında ilk təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor funksiyasını yerinə yetirəcək. O, qazaxıstanlı hakimlərin idarəçiliyinə qiymət verəcək. Baş hakim Almalxan Xolmatova həmyerliləri Yevgeni Belski ilə Timur Kumaşev yardımçı olacaq. Ehtiyat hakim funksiyasını belaruslu Dmitri Semyonov yerinə yetirəcək.
0