AFFA-da birinci divizion klublarının mükafatlandırma mərasimi keçirilib
12.06.2008 - 15:39
AFFA-da birinci divizion klublarının mükafatlandırma mərasimi keçirilib
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün AFFA-nın mənzil-qərargahında Azərbaycan çempionatının birinci divizionun 2007/08 mövsümünün medalçılarının mükafatlandırma mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumata görə, tədbirdə assosiasiya rəhbərliyi, eləcə də “Bakılı”, MOİK və NBC klublarının üzvləri iştirak edib. Öncə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək mükafatçılara təbrikini çatdırıb. O, ölkəmizdə futbolun inkişafına çalışdıqlarını, bu məqsədlə müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb. Premyer Liqaya vəsiqə qazanmış “Bakılı” və MOİK-ə uğurlar arzulayan E.Məmmədov gələcəkdə ikinci divizionun da təşkil olunacağını bildirib. Daha sonra AFFA-nın I vitse-prezidenti Rauf Əliyev medalları və fəxri diplomları futbolçulara təqdim edib. Ardıcıllıqla NBC, MOİK və “Bakılı”nın məşqçi və oyunçu heyəti müvafiq olaraq, bürünc, gümüş və qızıl medala sahib çıxıblar. Tədbirin sonunda AFFA rəsmiləri futbolçularla xatirə şəkilləri çəkdiriblər.
0