Asim Xudiyev polşalı hakimlərin işinə qiymət verəcək
12.06.2008 - 16:01
Asim Xudiyev polşalı hakimlərin işinə qiymət verəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Beynəlxalq dərəcəli azərbaycanlı hakim-inspektor Asim Xudiyevin qiymət verəcəyi hakimlər müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, veteran hakimin İntertoto kubokunda idarə edəcəyi matçın hakimləri Polşanı təmsil edir. İyunun 21-də yarışın 1-ci mərhələsi çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Renova” (Makedoniya) görüşünün baş hakimi Hubert Sieyeviç olacaq. A.Xudiyevin idarə edəcəyi oyunun yan xətt hakimləri polşalılar Konrad Sapela və Tomas Voyno, ehtiyat hakimi isə xorvatiyalı Armando Lusetiç olacaq.
0