Bakının “İnter” klubu Portuqaliyanın yüksək liqasında çıxış edən qapıçının transferini rəsmiləşdirib
12.06.2008 - 16:23
Bakının “İnter” klubu Portuqaliyanın yüksək liqasında çıxış edən qapıçının transferini rəsmiləşdirib
“Təcrübəli, yaxşı fiziki göstəricilərə malik futbolçudur. Fikrimcə, Çempionlar Liqası kimi mötəbər turnirdə belə qapıçının faydasını görə bilərik. Cahangir Həsənzadə getsə də, bolqarıstanlı qapıçı Svilen Semyonovla Elxan Həsənov yenə komandada qalacaq”.
J.Vilson “İnter”in Danildo Assiolidən sonra ikinci yeni legioneridir. Milliyətcə braziliyalı olan bu futbolçular Portuqaliya vətəndaşlığını da daşıyırlar. 27 yaşlı müdafiəçi D.Assioli bu ölkənin aşağı divizionunda çıxış edən “Santa Klara” klubunda forma geyibsə, J.Vilson yüksək liqanın iştirakçısı olub. 16 komanda arasında 11-ci yeri tutan “Naval” klubunun şərəfini qoruyan qapıçı ötən mövsüm 16 oyunda 14 qol buraxıb, 2 sarı vərəqə alıb və 1313 dəqiqə meydanda olub. Portuqaliya mətbuatı qapıçının son mövsümdə çıxışını orta hesabla 6,81 balla qiymətləndirib. 2005-ci ildə Portuqaliyada gələn braziliyalı bunadək vətənində aşağı liqada “San-Xose”, “Sorokaba” və “Uniao Barbaresa” klublarında çıxış edib.
Qeyd edək ki, “Bakı” klubunun üzvü Leandro Qomeş də vaxtilə “Naval” klubunun şərəfini qoruyub.
0