Milli komandanın sabiq futbolçusu intihar edib
12.06.2008 - 16:47
Milli komandanın sabiq futbolçusu intihar edib
Klagenfurt. Elşən Məmmədov - APA-Sport. Polşa milli komandasının futbolçusu Adam Ledvon 34 yaşında vəfat edib. “APA-Sport” agentliyinin məlumatına görə, mərhumun meyiti Avstriyanın Klaqenfurt şəhərindəki evindən tapılıb. Baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır. Əsas versiya kimi onun intihar etdiyi bildirilir. A.Ledvon vaxtilə Polşa, Almaniya və Avstriya klublarında çıxış oynayıb, habelə, 20 dəfə Polşa millisinin formasını geyib. O, Avstriya və İsveçrədə davam edən Avropa çempionatında Polşa televiziyasının eksperti kimi çalışıb.
0