“Karvan” ilk transferini reallaşdırıb
12.06.2008 - 17:44
“Karvan” ilk transferini reallaşdırıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yevlaxın “Karvan” klubu yay fasiləsində ilk transferini reallaşdırıb. “APA-Sport” agentliyinin məlumatına görə, yevlaxlılar Azərbaycan yığma komandasının müdafiəçisi Tural Nərimanovla müqavilə bağlayıb. Son mövsümdə Bakının “Standard” klubunda çıxış edən 21 yaşlı müdafiəçi yeni klubu ilə bir illik anlaşıb. T.Nərimanov 2007/08 mövsümündə bakılıların heyətində Azərbaycan Premyer Liqasında 14 (2 qol), ölkə kubokunda 1 matç keçirib. Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasında çıxış edən müdafiəçi sabiq komandasında da Yunis Hüseynovun rəhbərliyi altında oynayıb. 2007/08 mövsümünün birinci dövrəsindən sonra “Standard”dan ayrılıb “Karvan”a qayıdan mütəxəssis ilk transfer kimi müdafiəçini görmək istəyib.
Qeyd edək ki, yevlaxlılar mövsüm bitən kimi 23 oyunçusundan 19-nu transferə çıxarmışdı.
0