Ramin Musayev sabah Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti seçiləcək
12.06.2008 - 17:56
Ramin Musayev sabah Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti seçiləcək
Nizamnaməyə əsasən, R.Musayev yeni quruma rəhbərlik edəcəyindən Premyer Liqada mübarizə aparan hər hansı klubda çalışa bilməz. Bu səbəbdən təmsil olunduğu “Neftçi” komandasından tezliklə istefa verəcək R.Musayevi icraçı-direktor İlqar Quluzadə əvəzləyəcək.
APFL-in əsas funksiyası Premyer Liqanın təşkil edilməsi olacaq. Analoji qurum postsovet məkanı ölkələrindən Rusiya və Ukraynada da mövcuddur. Klub nümayəndələrinin də yer alacağı APFL-in AFFA-nın inzibati binasında yerləşəcəyi gözlənilir.
İndiyədək Azərbaycanda Peşəkar Futbol Liqası (PFL) adlanan qurum fəaliyyət göstərib ki, onun da prezidenti Zakir Tağıyev olub.
Qeyd edək ki, R.Musayevin APFL prezidenti seçiləcəyi barədə ilk xəbəri “APA-Sport” agentliyi yayıb.
0