“Neftçi” “Olimpik”lə qarşılaşacaq
13.06.2008 - 12:38
“Neftçi” “Olimpik”lə qarşılaşacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubu “Olimpik”lə qarşılaşacaq. “APA-Sport” agentliyinin məlumatına görə, İntertoto kubokuna hazırlaşan flaqman yoxlama oyununda Əsgər Abdullayevin yetirmələri ilə üz-üzə gələcək. Bu iyunun 21-də Slovakiyanın “Nitra” klubu ilə qarşılaşacaq Anatoli Demyanenkonun yetirmələrinin fasilə dövründə ilk matçıdır. İyunun 16-da Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcək paytaxt klublarının oyunu saat 18.00-da başlayacaq.
0