Dmitri Kruqlov: “Azərbaycan futbolu səviyyəcə Estoniyadan irəli, Rusiyadan geridədir”
13.06.2008 - 14:44
Dmitri Kruqlov: “Azərbaycan futbolu səviyyəcə Estoniyadan irəli, Rusiyadan geridədir”
Estoniya milli komandasının yarımmüdafiəçisi vətənində “SKY” radiosuna verdiyi müsahibədə Azərbaycan futbolu haqda da danışıb: “Azərbaycan futbolu səviyyəcə Estoniyadan irəli, Rusiyadan geridədir. Buna baxmayaraq, Rusiyanın güclü klubunda ehtiyatda qalmaqdansa, nisbətən zəif komandanın əsas heyət oyunçusu olmaq yaxşıdır. “Lokomotiv” rəhbərliyindəki dəyişiklikdən sonra məşqçi mənə dedi ki, özünə komanda axtar. “Neftçi” klubunda isə qarşıya yalnız bir vəzifə qoyulur – çempionluq. “Neftçi” Azərbaycanda ən çox sevilən klubdur. Komandanın hər oyununa ən azı 5000 tamaşaçı gəlir”.
0