Rasim Kara: “Hasan Şaş Azərbaycanda oynamağa razıdır”
13.06.2008 - 15:14
Rasim Kara: “Hasan Şaş Azərbaycanda oynamağa razıdır”
Hazırda vətəni Türkiyədə istirahətdə olan 58 yaşlı mütəxəssis bildirib ki, H.Şaşa komandasında çıxış etməyi təklif edib: “Ona dedim ki, bəlkə bu söz-söhbəti həqiqətə çevirək. Etiraz etmədi və gəlməyə hazır olduğunu bildirdi. Ancaq yalnız futbolçunun istəyi, razılığı ilə iş bitmir ki... Türkiyədə bir sıra tanınan futbolçular rəhbərliyim altında çıxış etməyə hazırdır. Şaş kimi futbolçularla birgə çalışmaq böyük kef olardı. 32 yaşı var. Azərbaycanda 37-38 yaşlı futbolçular da çıxış edir. Ancaq biz indi əsas diqqəti klub infrastrukturuna, gənc futbolçuların yetişdirilməsinə yönəltmişik. İndi bahalı transferlər reallaşdıra bilmərik”. R.Kara Türkiyənin “Qalatasaray” klubu ilə müqaviləsi olan H.Şaşın transferi ilə bağlı müzakirələri bitmiş sayır: “Hesab edirəm ki, bu mövzu bizim üçün artıq qapanıb. Hasana başqa təkliflər var. “Qarabağ”da qərarı rəhbərliklə ümumi məsləhətləşmədən sonra veririk. Növbəti illərdə qarşımıza böyük hədəflər qoyulanda lazım olan futbolçuları alacağıq. Hələlik, 2-3 gənc futbolçunun transferini reallaşdırmaq fikrindəyik”.
0