Ramin Musayev Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti seçilib
13.06.2008 - 15:56
Ramin Musayev Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti seçilib
“Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev APFL-in prezidenti seçilib.
Nizamnaməyə əsasən, R.Musayev yeni quruma rəhbərlik edəcəyindən, Premyer Liqada mübarizə aparan hər hansı klubda çalışa bilməz. Bu səbəbdən son üç ildə təmsil olunduğu “Neftçi” klubundan ayrılacaq R.Musayevi komandanın icraçı-direktor İlqar Quluzadə əvəzləyəcək.
0