Azərbaycanlı hakimlər yeni mövsümə Qəbələdə hazırlaşacaq
13.06.2008 - 16:07
Azərbaycanlı hakimlər yeni mövsümə Qəbələdə hazırlaşacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanlı hakimlər yeni mövsümə hazırlığı ölkə daxilində keçəcək. “APA-Sport” agentliyinin məlumatına görə, xaricə yollanması müzakirə obyektinə çevrilən ədalət təmsilçiləri iyulun ikinci yarısında Qəbələdə təlim-məşq toplanışında olacaq. İyulun 15-dən sonra reallaşması nəzərdə toplanış ilk olaraq baş hakimlərə şamil ediləcək. Növbəti həftə köməkçi hakimlər sınaqdan keçəcək. Ümumilikdə, iki həftə davam edəcək toplanışda hakimlər test normativləri verəcək, nəzəri və praktiki məşğələlərdə iştirak edəcək. Toplanışa yollanacaq hakimlərlə bağlı seçim isə normativlər əsasında iyulun ilk günlərinə planlaşdırılıb. Ədalət təmsilçiləri ya Tofiq Bəhramov adına Respublika, ya da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda (ADBTİA) test kuper verəcək. Qeyd edək ki, 150 hakim hər həftənin çərşənbə və cümə axşamı günlərində ADBTİA-da hazırlıq keçir.
0