Azərbaycan yığmasının heyətində Moldovaya 20 futbolçu aparılacaq
13.06.2008 - 16:09
Azərbaycan yığmasının heyətində Moldovaya 20 futbolçu aparılacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. İyunun 17-də Moldovanın paytaxtı Kişinyovda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında beynəlxalq turnir start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda mübarizə aparacaq Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb. Baş məşqçi Bernard Lippert səfərə 20 futbolçu aparmaq qərarına gəlib. İlkin heyətdə yer alan 5 oyunçu - Murad Qənbərov (“Neftçi”), Məhəmməd Qurbanov (“Rostov”, Rusiya), Cavid Tağıyev (“Turan”)
Şərif İslamov (“Anji”, Rusiya) və Dmitri Qolub (“Arsenal” Ukrayna) müxtəlif səbəblərdən U-17-dən uzaqlaşdırılıb. Əvəzində, almaniyalı məşqçi “Neftçi”nin üzvü Rəşad Hacızadə və “Azəri”dən Rəhman Hacıyevi komandaya cəlb edib. Adıçəkilən futbolçularla yanaşı, Moldovaya Elvin Zeynalov, Ruslan Tağızadə, Eltun Yaqublu, Azər Məmmədov, Amit Quluzadə, Araz Abdullayev, Mirhüseyn Seyidov, Tural İskəndərov (hamısı “Neftçi”), Tərlan Quliyev, Murad İskəndərli, Elnur Abdulov (hamısı “İnter”), Oruc Namazov, Elşad Manafov (“Azəri”), Qara Qarayev (“Qarabağ”), Tanrıverdi Məhərrəmli (“Standard”), Andrey Popoviç (“Metallurq”, Donetsk, Ukrayna), Murad Qurbanov (“Anji”, Rusiya) və Emin Mahmudov (“Saturn”, Rusiya) yollanacaqlar. Milli komandamız turnirdə ilk oyununu iyunun 17-də Belarusa qarşı keçirəcək. Ertəsi günü futbolçularımız Moldovanın birinci komandası, iyunun 20-də isə Latviya ilə qüvvələrini sınayacaqlar. Yarışa iyunun 21-də yekun vurulacaq.
0