Azərbaycan milli komandasına 15 əcnəbi futbolçu çağırılıb
13.06.2008 - 16:51
Azərbaycan milli komandasına 15 əcnəbi futbolçu çağırılıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığması (U-19) təlim-məşq toplanışı keçmək məqsədilə iyunun 16-da Rusiyanın Krımsk şəhərinə yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandaya 24 futbolçu cəlb olunub. Baş məşqçi Şamil Heydərovun dəvət göndərdiyi oyunçulardan yalnız 9-u - Fəridə Babayeva, Sədaqət Vəliyeva, Nərgiz Hacıyeva, Firuzə Şükürova, Nərminə Məmmədova, Aysel Bağırova, Nigar İsmayılova, Aybəniz Əsgərzadə və Tamam Yaqubova azərbaycanlıdır. U-19-un qalan heyəti əsasən rus əsilli futbolçulardan təşkil edilib. Bunlar Lyubov Tirina, Yuliya Rukina, Olya Safonova, Qalina Babayeva, Svetlana Sadçikova, Tatyana Plamadyala, Lyudmila Ninuku, Yekaterina Sakalova, Natalya Kasyanova, Alesya Nasibulina, Axmaral Jumalıyeva, Zarina Usmanova, Yıldız Barakulova,
Begemay Sakebayeva və Natalya Qayvorovskayadır. Krımskda baş tutacaq 9 günlük təlim-məşq toplanışı Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyacaq. Hazırlıq prosesi çərçivəsində milli komandamızın bir neçə yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub.
0