“Bakı” Georgi Xristovun transferinə nə qədər pul xərcləyəcək?
13.06.2008 - 17:21
“Bakı” Georgi Xristovun transferinə nə qədər pul xərcləyəcək?
Bakı. Mehman Süleymanov - APA-Sport. “Komandamız Georgi Xristov kimi tanınan futbolçunun transferini reallaşdırmaq iqtidarındadır”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib. Z.Məmmədov bildirib ki, 32 yaşlı makedoniyalını “Bakı” üçün lazımlı futbolçudur: “Yaşı 30-u keçsə də, bizə kömək edə biləcək. Cərimə meydanının daxilində əvəzedilməzdir. Bizə məhz belə, əlverişli mövqe seçən, məhsuldar hücumçu lazımdır”. Z.Məmmədov makedoniyalının transferində əsas söz sahibi kimi baş məşqçiləri Qyoko Hacievskinin hesab edir: “Transfer işlərini baş məşqçinin öhdəsinə buraxmışıq. Hacievski həmyerlisini komandasında görmək istəyirsə, onu alacağıq. Belə transferlərdə maliyyə məsələsi bizi bizim üçün ciddi problem deyil. Hesab edirəm ki, gələn həftənin çərşənbə günündə Xristovun transferinə tam aydınlıq gələcək”.
0