Azərbaycan - Slovakiya qarşılaşmaları: kim güclüdür?
18.06.2008 - 15:18
Azərbaycan - Slovakiya qarşılaşmaları: kim güclüdür?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan və Slovakiya futbolçuları indiyədək 20 dəfə qarşılaşıblar. “APA-Sport” agentliyinin məlumatına görə, iyunun 21-də “Nitra” ilə üz-üzə gələcək “Neftçi” slovakiyalılarla qarşılaşacaq 8-ci komandamız olacaq. Milli komanda və 21 yaşlılardan ibarət yığmamız hərəyə 6 dəfə bu ölkə təmsilçisi ilə görüşüb. Əsas yığma yalnız bir dəfə qələbə qazana bilibsə, gənclər millisi nisbətən uğurlu çıxış edib – bir qələbə və bir heç-heçə. U-21-in qazandığı yeganə qələbə həm də Azərbaycan futbolunun tarixinə düşüb. Belə ki, bu, futbolçularımızın dünya və Avropa miqyaslı bütün turnirlərdə ilk qələbəmiz olub. Aşağı yaş qruplarından olan yığmalar daha pis çıxış etməklə, slovakiyalılardan xal ala bilməyib. Əvəzində klublarımız avrokuboklarda yığmaların hamısının üst-üstə nail olduğundan da yaxşı nəticə əldə edib – 3 qələbə. Komandalarımız slovakiyalılarla indiyəqədərki 20 matçdan 5-də qalib gəlib, 1-də heç-heçə edib və 14 dəfə uduzub. Bu matçlarda top fərqi rəqiblərimizin xeyrinədir – 10:41.

Azərbaycan – Slovakiya qarşılaşmaları

Milli komandalar
AÇ-1996: 1:4, 0:1.
AÇ-2000: 0:3, 0:1.
DÇ-2002: 1:3, 2:0.

21 yaşlılardan ibarət yığmalar
AÇ-1996: 0:3, 1:0.
AÇ-2000: 1:2, 0:3.
AÇ-2002: 0:5, 0:0.

18 yaşlılardan ibarət yığmalar
AÇ-1995: 0:7.

16 yaşlılardan ibarət yığmalar
AÇ-1995: 0:2

UEFA kuboku
2004/05: “Dukla” - “Qarabağ” 3:0, 1:0.
2005/06: “Bakı” – “Jilina” 1:0, 1:3.
2006/07: “Karvan” – “Spartak” 1:0, 1:0.
0