“Konyaspor” klubunun prezidenti: “Yaxın günlərdə Hakan Şükürlə müqavilə bağlayacağıq”
18.06.2008 - 16:28
“Konyaspor” klubunun prezidenti: “Yaxın günlərdə Hakan Şükürlə müqavilə bağlayacağıq”
Bakı. Kənan Həsənov - APA-Sport. “Qalatasaray” klubunun sabiq oyunçusu Hakan Şükür karyerasını Türkiyədə davam etdirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Superliqada çıxış edən “Konyaspor” klubunun prezidenti Mehmet Əli Kuntoğlu açıqlama verib: “Hakan Şükür ən önəmli transferlərimizdən biri olacaq. Onu komandama gətirmək üçün istənilən fədakarlığa hazıram. Bu transferdə sona gəldik. Yaxın günlərdə müqavilə imzalayacağıq. Artıq “Hakan Şükür “Konyaspor”da” deyə bilərik”.
Qeyd edək ki, Türkiyə futbol tarixinin ən məhsuldar futbolçusu olan Hakan Şükürlə Azərbaycanın “Xəzər-Lənkəran” klubu da maraqlanır.
0