Cahangir Həsənzadə “Qəbələ” klubuna transfer olub
18.06.2008 - 17:14
Cahangir Həsənzadə “Qəbələ” klubuna transfer olub
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan yığmasının və “İnter” klubunun üzvü Cahangir Həsənzadə növbəti mövsümə yeni komandada başlayacaq. 29 yaşlı futbolçu bu gün “Qəbələ” ilə müqavilə bağlayıb. Klubun mətbuat katibi Nail Kərimovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, C.Həsənzadə iki illik razılaşmaya imza atıb. Bununla da, “Qəbələ” mövsümlərarası fasilədə sayca beşinci transferi gerçəkləşdirib. Öncə Junivan Suares, Fərrux İsmayılov (hər ikisi “Olimpik”), Kənan Kərimov və Qoqa Beraya (hər ikisi “Qarabağ”) əyalət təmsilçisinə cəlb olunub.
Qeyd edək ki, C.Həsənzadə son vaxtlar həm milli komandanın, həm də şərəfini qoruduğu klubun əsas heyətindəki yerini itirib. O, ötən mövsüm “İnter”də bolqarıstanlı qapıçı Svilen Semyonovun əvəzləyicisi qismində çıxış edib.
0