Azərbaycan yığmalarının qatılacağı dünya çempionatında rekord sayda komanda mübarizə aparacaq
19.06.2008 - 11:42
Azərbaycan yığmalarının qatılacağı dünya çempionatında rekord sayda komanda mübarizə aparacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Voleybol Federasiyası final mərhələsi 2010-cu ildə keçiriləcək dünya çempionatına qatılacaq ölkələrin siyahısını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışın seçmə mərhələsində rekord sayda - 212 komanda mübarizə aparacaq. Kişilərin yarışında 112, qadınlar arasında isə 100 yığma iştirakını təsdiqləyib. Seçmə oyunlardan final mərhələsinin təşkilatçıları – İtaliya (kişilər) və Yaponiya (qadınlar), eləcə də, hazırkı dünya çempionları Braziliya (kişilər) ilə Rusiya (qadınlar) azad edilib.
Qeyd edək ki, Azərbaycanın milli komandaları da bu nüfuzlu yarışda iştiraklarını təsdiqləyiblər.
0