“Nitra” - “Neftçi” görüşünü bosniyalı hakimlər idarə edəcək
19.06.2008 - 14:54
“Nitra” - “Neftçi” görüşünü bosniyalı hakimlər idarə edəcək
Ona həmyerliləri Qoran Lepir və Mato Staniç kömək edəcək. Ehtiyat hakim funksiyasını slovakiyalı Tomas Somolani yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru albaniyalı Plarent Kotherja, UEFA nümayəndəsi Uels təmsilçisi Filip Pritçardır.
N.Paniç Bakının “İnter” klubuna avrokubokda yeganə uğuru gətirən hakimdir. Komanda “Xəzər Universiteti” adlanarkən İntertoto kubokunda mərhələ keçdiyi üçün bosniyalıya minnətdar olmalıdır. O, 4 il əvvəl buraxdığı kobud səhvlə Azərbaycan təmsilçisini sevindirmişdi. İntertoto kubokunun birinci mərhələsində Avstriyanın “Kazino” klubunun qonağı olan “İnter”in sələfi 0:4 hesabı ilə məğlub qayıtsa da, UEFA-dan xoş xəbər almışdı. Buna səbəb 1970-ci il təvəllüdlü N.Paniçin səhvi idi. Bosniya və Herseqovinadan olan hakim və onun başçılıq etdiyi briqada avstriyalıların adı iştirak ərizəsində olmayan oyunçunu meydana buraxmasına göz yummuşdu. Məsələni araşdıran UEFA meydan sahiblərinə texniki məğlubiyyət vermişdi. Bu qələbədən ruhlanan “Xəzər Universiteti” Bakıda da qələbə qazanmaqla, tarixində ilk dəfə mərhələ adlamışdı.
Ümumiyyətlə, 2003-cü ildən FİFA hakimi olan N.Paniç təkcə maraqlı hadisə deyil, həm də sensasiyalı nəticələrə adət edib. Bu mənada onun dünya çempionatlarının seçmə mərhələlərində təyinat aldığı yeganə matçın nəticəsi diqqət çəkir: Lixtenşteyn – Portuqaliya 2:2. AÇ-2008-in seçmə mərhələsində Lüksemburq – Bolqarıstan görüşünü idarə edən 35 yaşlı hakimə avrokuboklarda daha çox etimad göstərilib. Təkcə son 3 mövsümdə N.Paniç UEFA kubokunun 2-si təsnifat mərhələsində olmaqla 5, İntertoto kubokunun 2 görüşünün hakimi olub.
Qeyd edək ki, iyunun 21-də Bakıda keçiriləcək ilk oyunu polşalı Marçin Borski idarə edəcək.
0