“Bakı” klubu yeni məşqçi gətirir
19.06.2008 - 15:41
“Bakı” klubu yeni məşqçi gətirir
Bakı. Mehman Süleymanov - APA-Sport. Çudomir Çakarov məşqçisi olduğu “Bakı” klubundan ayrılıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən komandanın baş məşqçisi Qyoko Hacievskinin sözlərinə görə, bolqarıstanlı köməkçisi özü getmək istəyib: “Mənə şəxsi problemləri ilə əlaqədar fəaliyyətini davam etdirə bilməyəcəyini dedi. Bildiyimə görə, Çudomirin uşaqları körpə, valideynləri yaşlıdır. Bu səbəbdən ölkədən kənarda çalışmaq ona sərf etmir”. Q.Hacievski bildirib ki, artıq yeni köməkçisini müəyyənləşdirib: “Bu, 38 yaşlı həmyerlim Borçe Xristovdur. Onu özümlə birgə Bakıya gətirəcəyəm. Vaxtilə səviyyəli futbolçu olub, məşqçi kimi çox iddialıdır”.
B.Xristov Makedoniya Futbol Federasiyası və UEFA-nın lisenziyasına malikdir. A kateqoriyalı məşqçi lisenziyası olduğundan “Bakı” onun üçün AFFA-ya rüsum ödəməyəcək. 5 dildə danışan B. Xristovun sonuncu iş yeri Skopyeni təmsil edən “ORKA-Sport” futbol klubu olub.


0