Nicat Abbasov sabah İspaniyada başlayacaq beynəlxalq turnirə qatılacaq
24.06.2008 - 11:06
Nicat Abbasov sabah İspaniyada başlayacaq beynəlxalq turnirə qatılacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Sabah İspaniyanın Montkada şəhərində beynəlxalq şahmat turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, ölkəmiz yarışda bir şahmatçı ilə təmsil olunacaq. İyulun 3-də başa çatacaq birinciliyin mükafatları uğrunda Nicat Abbasov mübarizə aparacaq. Ümumilikdə isə turnirdə 60 şahmatçının iştirak edəcəyi təsdiqlənib. Yarışın reytinq favoriti Kubanın ən güclü şahmatçısı Lazaro Bruzondur.
0