Valentin Xodukin: “Verpakovskis bahalı futbolçu olduğundan, onunla ciddi maraqlanmırıq”
24.06.2008 - 17:52
Valentin Xodukin: “Verpakovskis bahalı futbolçu olduğundan, onunla ciddi maraqlanmırıq”
Bununla belə, ukraynalı mütəxəssis bildirib ki, sərəncamımda olan hücumçulardan razıdır: “Azərbaycanda ötən mövsümün ən sərrast iki futbolçusu – Xaqani Məmmədovla Valter Quqlemon komandamızda çıxış edir. Digər uruqvaylı hücumçu Roman Quello da sərəncamımdadır. Ancaq bizə daha birisi lazımdır. Söhbət təkcə Çempionlar Liqasında uğurlu çıxışdan yox, qarşıdakı uzun marafondan gedir. Bizə çoxlu hücumçular təklif olunur və bunlar arasında həm gənc, həm də təcrübəlilər var. İmtina etdiyimiz futbolçular çoxdur. Biz kəmiyyətə yox, keyfiyyətə diqqət yetiririk. “İnter”ə gələn yeni futbolçu əvvəlkindən mütləq güclü olmalıdır”. Azərbaycanda çıxış etmək variantı olan Latviya yığmasının hücumçusu Maris Verpakovskisi sərəncamında görmək istəyən V.Xodukin onun bahalı olmasından gileylənir: “Müqavilə ilə Kiyevin “Dinamo” klubuna məxsus bu futbolçunun transfer məbləğinin yüksək olması problem yaradır. Bizə isə bahalı futbolçular lazım deyil. Elə bu səbəbdən Verpakovskislə ciddi maraqlanmırıq. Hər halda, bu hücumçunun komandamıza keçidi ilə bağlı hadisələri qabaqlamaq istəmirəm. Çünki Branimir Subaşiçi də “İnter”in oyunçusu kimi elan etdim, sonda transfer baş tutmadı. Yeni hücumçu ilə bağlı agentlər işləyir və Türkiyədəki hazırlıq prosesində bu məsələyə baxacağıq”.
Qeyd edək ki, “İnter” bu gün axşam saatlarında Türkiyəyə yarım aylıq müddətə nəzərdə tutulan təlim-məşq toplanışına yollanacaq.
0