Roman Pokora: “Sokolov adam öldürüb ki?”
25.06.2008 - 12:12
Roman Pokora: “Sokolov adam öldürüb ki?”
İstifadəsi qadağan olunan dərman preparatı qəbul etdiyi üçün UEFA tərəfindən 18 aylıq cəzalandırılan Sergey Sokolovu komandasına cəlb edən ukraynalı mütəxəssis futbolçunun tərəfini saxlayır: “Həmin dopinq qalmaqalında günahın oyunçuda, yoxsa həkimdə olması müəmmalı qaldı. Hər halda, Sokolov adam öldürməyib ki? Futbolçunun başına belə işlər gələ bilər və onu başa düşmək lazımdır. Sergey peşəkar səviyyədə futbol oynamaq üçün acıyıb. Onun milliləşdirilmiş futbolçu olması sıralarımıza qatmağımıza böyük təsir göstərdi”. R.Pokora 31 yaşlı rusiyalı müdafiəçinin cəzalı olduğu il yarımda həvəskarlar liqasında çıxış etməsini ciddi problem hesab etmir: “Sergey istedadlı, yaxşı fiziki göstəricilərə malikdir. Fiziki hazırlığı heç də pis deyil. Hesab edirəm ki, iki aya onu əvvəlki formasına qaytara biləcəyəm. Sokolov fiziki durumu, arxa xətdə etibarlı oyunu ilə bizə yardımçı olacaq. Onunla bir illik müqavilə imzalayacağıq”.
0