Rauf Əliyev: “Bəziləri legioner limitinin azaldılmasını, bəziləri isə çoxaldılmasını istəyir”
25.06.2008 - 12:31
Rauf Əliyev: “Bəziləri legioner limitinin azaldılmasını, bəziləri isə çoxaldılmasını istəyir”
Onun sözlərinə görə, legioner limitinə dair müxtəlif təkliflər irəli sürülüb: “Bəziləri limitin azaldılmasını, bəziləri isə çoxaldılmasını istəyir. Limitin ümumiyyətlə aradan götürülməsi təklifi də var. Legioner futbolçulara bir neçə il əvvəlki limiti tətbiq etməyin tərəfdarlarına da rast gəlmək mümkündür. Ancaq istənilən halda, bütün təkliflər İcraiyyə Komitəsinin toplantısında nəzərdən keçiriləcək və yekun qərar çıxarılacaq”.
Qeyd edək ki, 2007-ci il iyulunda qəbul olunan qərara əsasən, Azərbaycan milli çempionatında “7+7” limiti tətbiq edilir. Yəni, bir komandanın heyətində eyni vaxtda 7 əcnəbi oynaya, 7-si isə ehtiyat futbolçular skamyasında otura bilər. 18 nəfərlik protokolda 14 əcnəbiyə yer ayrılması futbol tariximizə ən yüksək legioner limiti kimi düşüb.
0