“Karvan” Kosovo çempionunu baxışa çağırıb
25.06.2008 - 14:27
“Karvan” Kosovo çempionunu baxışa çağırıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yevlaxın “Karvan” klubu baxışa legioner futbolçu dəvət edib. “APA-Sport” agentliyinin məlumatına görə, Kosovo çempionatında çıxış edən Driton Vakşi bu gün Bakıya gəlib. Klubun baş məşqçisi Yunis Hüseynovun sınaqdan keçirdiyi kosovolu futbolçu son mövsümdə çıxış etdiyi “Priştina”nın heyətində ölkə çempionun adını qazanıb.
Qeyd edək ki, 1983-cü il noyabrın 23-də anadan olan D.Vokşi “Karvan”ın yay fasiləsində baxışa dəvət etdiyi ilk legionerdir.
0