“Simurq” Gürcüstan çempionu ilə müqavilə bağlayıb
25.06.2008 - 14:52
“Simurq” Gürcüstan çempionu ilə müqavilə bağlayıb
Zaqatala. Mehman Süleymanov - APA-Sport. Zaqatalanın “Simurq” klubu heyətinə gürcüstanlı müdafiəçi Mixail Maxviladzeni cəlb edib. Bu haqda “APA-Sport” agentliyinə komandanın baş məşqçisi Roman Pokora məlumat verib. Onun sözlərinə görə, 30 yaşlı müdafiəçinin “Simurq”a keçidi artıq rəsmiləşib: “Mixaillə bir illik müqavilə imzalamışıq”. Yeni transfer ötən mövsüm “Olimpi” klubunun heyətində Gürcüstan çempionluğunu qazanıb. Rustavi şəhərini təmsil edən komandada son iki mövsümdə çıxış edən M.Maxviladze bundan əvvəl Tiflisin “Lokomotiv” klubunun şərəfini qoruyub.
R.Pokora ötən mövsümkü heyətdən saxladıqları futbolçularla yeni müqavilələr bağladıqlarını söyləyib. 60 yaşlı ukraynalı mütəxəssisin sözlərinə görə, yerli transferlərdə gənclərə diqqət yetirəcəklər: “Elşən Məmmədovdan sonra “Karvan”dan iki futbolçunu transfer edirik. Bunlar Cavad Mirzəyevlə Samir Abdulovdur”.
0