Avropa çempionatının ən sürətli futbolçusu İvitsa Oliçdir
25.06.2008 - 17:07
Avropa çempionatının ən sürətli futbolçusu İvitsa Oliçdir
Bakı. Mehman Süleymanov - APA-Sport. Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının təşkilatçıları turnirin ən sürətli oyunçularını müəyyən ediblər. “APA-Sport” agentliyinin məlumata görə, bu siyahıda birinci yeri Xorvatiya yığmasının hücumçusu İvitsa Oliç tutub. 29 yaşlı futbolçu epizodlardan birində saatda 31,76 kilometr sürət yığıb. İkinci yerdə gedən Hollandiya yığmasının hücumçusu Robin var Persinin maksimal sürəti 31,53 kilometr olub. Rusiyalılar Dmitri Torbinski və Yuri Jirkov 31,32 kilometr sürət yığıblar. Beşinci-altıncı yerləri Türkiyə milli komandasının kapitanı Nihat Kahveçi və Yunanıstan yığmasının müdafiəçisi Vassilios Torosidis (31,11) bölüşüblər. Hollandiyalı yarımmüdafiəçi Aryen Robben (30,89) yeddinci, Almaniya yığmasının kapitanı Mihael Ballak (30,88) səkkizinci, almaniyalı hücumçu Miroslav Kloze (30,86) doqquzuncu, Portuqaliya millisinin kapitanı Nunu Qomeş (30,81) onuncu olub.
0