Bakının “Olimpik” klubu Moldova yığmasının kapitanı ilə bir illik müqavilə imzalayıb
25.06.2008 - 17:25
Bakının “Olimpik” klubu Moldova yığmasının kapitanı ilə bir illik müqavilə imzalayıb
Son mövsümü Ukraynanın yüksək liqasında Lvovun “Karpatı” klubunda (21 oyun) keçirən moldovalını universal futbolçu saymaq olar. Belə ki, S.Laşenkov həm müdafiənin mərkəzində, həm də cinahlarda çıxış edə bilir. Hücum xəttini gücləndirmək məqsədilə litvalı Nerius Vasilyauskası baxışa çağıran “Olimpik” onun taleyinə sabah aydınlıq gətirəcək. Belə ki, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı sabah “Bakılı” ilə yoxlama oyununda görüşəcək. “Olimpik”in baş məşqçisi Əsgər Abdullayev Vilnüsün “Jalgiris” klubundan gələn hücumçunu Premyer Liqanın debütantı ilə matçda sınadıqdan sonra qərarını verəcək.
0