Nazim Süleymanov “Bakı” klubuna dəvət edilib
27.06.2008 - 14:15
Nazim Süleymanov “Bakı” klubuna dəvət edilib
“Süleymanovun “Bakı”da çalışmasını istərdim və ona bu təklifi etmişəm. Fikrimcə, bu, hər iki tərəf üçün faydalı olacaq”. Q.Hacievski bildirib ki, N.Süleymanov klubda bir çox işləri görə bilər: “Komandamızda görüləsi işlər çoxdur və Süleymanov kimi təcrübəli kadrlara ehtiyacımız var. Növbəti mövsümdə həm əvəzedici, həm də 17 yaşlı yığmalardan ibarət komandaların çempionatının keçirilməsi nəzərdə tutulub. “Bakı”nın bu komandalarına rəhbərlik edə bilən Süleymanovun eyni zamanda, məşqçilər korpusunda köməkçilərindən biri olması nəzərdə tutulub. Biz ona təklifimizi göndərmişik və yığmadakı taleyinə aydınlıq gətirməklə, klubumuzda işə başlaya bilər. Süleymanov gənc futbolçularla işləməklə, seleksiya işlərində öz köməyini göstərmiş olacaq”.
Qeyd edək ki, N.Süleymanov Azərbaycan yığmasında seleksiyaçı-məşqçi kimi almaniyalı Berti Foqtsun köməkçisidir.
0