“Nitra” klubunun baş meneceri: “İlk yarım saata iki qol vurmalıyıq”
27.06.2008 - 14:46
“Nitra”  klubunun baş meneceri: “İlk yarım saata iki qol vurmalıyıq”
İntertoto kubokunun birinci mərhələsinin ilk oyununda Bakıda “Neftçi”yə 0:2 hesabı ilə uduzan slovakiyalılar cavab matçında erkən qollara ümid edirlər: “İlk yarım saata iki qol vurmalıyıq. Sonradan qənaətbəxş nəticəni əldə etmək üçün kifayət qədər vaxtımız olacaq. Nəticə üçün narahatçılığımız yoxdur. Yaxşı oyun göstərməliyik və göstərəcəyik də. Belə olan halda nəticə də gələcək”. Klub rəsmisinin sözlərinə görə, baş məşqçi Pavel Maluranın yetirmələri ilk oyunla müqayisədə daha yaxşı hazırlıq keçib: “Komandamız hazırda bərpa prosesi keçir. Futbolçularımız məşqçilərin onların hər biri üçün tərtib etdiyi uzun müddətli fərdi hazırlıq proqramına riayət edir. “Slaviya” ilə keçirdiyimiz yoxlama matçı bizim üçün çox vacib idi. Azərbaycanda meydana çıxmayanlar Praqadakı görüşdə oyun praktikası qazana bildi. Özü də yaxşı oynadılar. Bir sözlə, baş məşqçimiz üçün heyətlə bağlı seçim etmək imkanı böyükdür”. Qeyd edək ki, sabah keçiriləcək “Nitra” - “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0