Firudin Qurbansoy: “Avropa çempionu Almaniya yığması olacaq”
27.06.2008 - 15:37
Firudin Qurbansoy: “Avropa çempionu Almaniya yığması olacaq”
“Ümumiyyətlə, futbola baxmıram. Bu idman növündən xoşum gəlmir. Ancaq Almaniyanın çempion olacağı dəqiqdir. Alman xalqı ruh yüksəkliyi baxımından dünyada öndə gedir. Qitə birinciliyinin finalında da almaniyalıların qələbəsinə elə bu amil kömək edəcək”. Astroloq dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində 2009-cu il avqustun 19-da keçiriləcək Azərbaycan - Almaniya oyunu haqda da danışıb. Onun bildirdiyinə görə, milli komandamızın rəqibdən xal alması qeyri-mümkündür: “Mən möcüzəyə inanmıram. Fikrimcə, dünya və Avropa çempionu Almaniyanın yığmamızla görüşdə uduzması və ya heç-heçə etməsi möcüzə olardı”. Mütəxəssislərin futboldan kənar qaldığını söyləyən F.Qurbansoy milli komandamızın baş məşqçi postuna Ağasəlim Mircavadovu layiq görüb: “Yerli məşqçilərdən yalnız Ağasəlim Mircavadov yığmada çalışmağa layiqdir. O, səviyyəsini artıq sübuta yetirib”. Bununla belə, F.Qurbansoy vurğulayıb ki, yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts yaxşı nəticələr qazana bilər: “Foqtsu Azərbaycanda iyrəndirməsələr və öz alman xarakterini futbolumuza tətbiq edə bilsə, uğur qazanacağıq”.
Qeyd edək ki, Almaniya və İspaniya arasında Avro-2008-in final matçı iyunun 29-da keçiriləcək.
0