Azərbaycan atleti Ramil Quliyev dünya çempionatına mübarizə aparacaq
27.06.2008 - 15:59
Azərbaycan atleti Ramil Quliyev dünya çempionatına mübarizə aparacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan iyulun 8-də Polşanın Bıdqoş şəhərində start götürəcək atletika üzrə gənclər arasında dünya çempionatında geniş tərkibdə təmsil olunmayacaq. Bu haqda “APA-Sport” agentliyinə Atletika Federasiyasının baş katibi Firat Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu nüfuzlu yarışda ölkəmizi baş məşqçi Məhərrəm Sultanzadənin rəhbərliyi altında Ramil Quliyev təmsil edəcək. Pekin Olimpiadasına vəsiqə qazanan 18 yaşlı atletimiz 200 m məsafəyə yürüşdə gücünü sınayacaq.
0