“Neftçi” klubunun sabiq baş məşqçisi Rusiyadan dəvət alıb
28.06.2008 - 10:50
“Neftçi” klubunun sabiq baş məşqçisi Rusiyadan dəvət alıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Rusiyadan dəvət alıb. “APA-Sport” agentliyinin məlumatına görə, Rusiya çempionatının birinci divizionunda çıxış edən Ulyanovskun “Volqa” komandası çexiyalı mütəxəssislə danışıqlara başlayıb. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə, klubun hazırkı baş məşqçisi Sergey Sedışov digər vəzifəyə keçiriləcək. V.Petrjelanın az öncə digər Rusiya təmsilçisi Belqorodun “Salyut” klubuna keçəcəyi gözlənilirdi. Onun çalışacağı yeni komandada ölkəmizdə legioner həyatı yaşamış “MKT-Araz” klubunun sabiq oyunçusu moldovalı Anatoli Doroş da çıxış edir.
Qeyd edək ki, “Volqa” birinci divizionda keçirdiyi 18 oyundan sonra 25 xalla 12-ci yerdədir.
0