Fransa ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb
30.06.2008 - 15:07
Fransa ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Avropa Liqasında ilk dəfə çıxış edəcək Azərbaycanın çimərlik futbolu üzrə yığmasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın braziliyalı baş məşqçisi Qustavo Enrike Zlokkovik Silva qarşıdakı yarışa 12 futbolçu aparacaq. Bunlar Ruslan Əliyev, Murad Əsədov, Elşad Quliyev, Elvin Quliyev, İlham Əzizzadə, Müslüm Hüseynov, Elnur Əhmədov, Abuzər İbrahimov, Hikmət Bağırov, Sahib Məmmədov, Zeynal Zeynalov və Comərd Baxşəliyevdir. Milli komandamızın da yer aldığı Avropa Liqasının B qrupunda 8 kollektiv qüvvəsini sınayacaq. Futbolçularımız iyulun 4-də Fransanın Tin şəhərində bu ölkənin yığmasını sınağa çəkəcəklər. Q.Silvanın yetirmələri qələbə qazanacaqları təqdirdə, Türkiyə - İngiltərə oyununun qalibi ilə yarımfinalda görüşəcəklər. Reqlamentinə görə, B qrupunda 3 ən yaxşı nəticə göstərən komanda Superfinala yüksələcək. Bundan başqa, daha bir komanda avqust 22-dən 24-dək Portuqaliyada keçiriləcək Superfinalda iştirak hüququna yiyələnəcək.
0