Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə ikinci qələbəsini qazanıb
30.06.2008 - 16:14
Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə ikinci qələbəsini qazanıb
Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Montkada şəhərində təşkil olunan beynəlxalq şahmat turnirində V turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışdakı yeganə təmsilçimiz Nicat Abbasov hesabat turunda qələbə qazanıb. Həmyerlimiz qara fiqurlarla ispaniyalı Hayme Qallartı məğlub edib. Aktivində 2,5 xal olan N.Abbasov bu gün axşam digər ispaniyalı şahmatçı Alexandro Barbero ilə oynayacaq. 58 şahmatçının qatıldığı turnirin lideri maksimum nəticə göstərən kubalı Yuri Vidal Qonsalezdir.
0